"Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

\"Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir\" - Ceyhun Bayramov
SİYASƏT 26 Oktyabr 2026 14:08

Azərbaycan dövləti xoşməramlı mövqeyini nümayiş etdirərək, son bir il ərzində Ermənistanla sülh prosesinin irəliləməsi naminə bir sıra birtərəfli addımlar atıb.

Sitat.info xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov niderlandlı həmkarı Tom Berendsenlə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülhün əldə olunması hər iki xalqın maraqlarına xidmət edir”, deyə nazir əlavə edib.