Ermənistan DİN rəhbəri Nəsimi Musayevdən danışdı
"Oktyabrın 1-də Azərbaycan vətəndaşı, hərbçi Nəsimi Musayev Ermənistanın Sisian rayonunun Şəki kəndində saxlanılıb".
Sitat.info xəbər verir ki, bunu Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan parlamentdə jurnalistlərə açıqlamasında deyib .
Ermənistan DİN rəhbəri polis əməkdaşlarının hadisə yerinə gec getməsi ilə bağlı yayılan xəbərləri təkzib edib. Onun sözlərinə görə, polisə daxil olan zəngdən cəmi 10 dəqiqə sonra əməkdaşlar hadisə yerində cəlb olunub.
Xatırladaq ki, hərbçi Nəsimi Musayev Sisian icmasının Şəki yaşayış məntəqəsində evə qanunsuz daxil olub və aşkar edildikdən sonra odlu silahdan atəş açıb. Hadisə nəticəsində 1987-ci il təvəllüdlü Ani Avetisyan yaralanıb. Musayev Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Məhkəmə onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.