Ermənistanda məhbus məhkəmə binasından qaçdı

Ermənistanda məhbus məhkəmə binasından qaçdı
Dünya 26 Oktyabr 2026 17:13

Ermənistanda məhbus Armavir ümumi yurisdiksiya məhkəməsinin binasından qaçıb. 

Sitat.info xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” Cəza-İcra Xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, məhkum iclasda iştirak etmək üçün gətirildiyi məhkəmə binasından qaçıb. Həmin şəxsin “Armavir” cəza-icra müəssisəsində cəza çəkdiyi bildirilir. 

Hazırda Armavirdə polis onun saxlanılması üçün gücləndirilmiş iş rejimində çalışır. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.