Azərbaycan Yaponiya vətəndaşları üçün vizasız rejimi uzada bilər

Azərbaycan Yaponiya vətəndaşları üçün vizasız rejimi uzada bilər
SİYASƏT 26 Oktyabr 2026 16:24

Azərbaycan Yaponiya vətəndaşları üçün 2027-ci ilin iyulunda başa çatacaq vizasız rejimin müddətini uzada bilər, eləcə də ölkə onun qarşılıqlı olmasını təklif edir.

Sitat.info xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Bakı Mədəniyyət və Media Dialoqu Platforması" çərçivəsində keçirilən "Sülhün dili və dezinformasiyaya qarşı mübarizə" mövzusunda xüsusi sessiyada deyib.

"Biz bir il müddətinə vizasız giriş imkanı tətbiq etmişik və bu rejimin uzadılmasını gözləyirik. Lakin hesab edirik ki, bu, qarşılıqlı olmalıdır, çünki bir çox Azərbaycan vətəndaşı da Yaponiyaya səfər etmək istərdi", - H.Hacıyev deyib.