Daha bir rayonda qazın verilişində fasilə yaranacaq

Daha bir rayonda qazın verilişində fasilə yaranacaq
SOSİAL 26 Oktyabr 2026 19:50
Oktyabrın 27-də Şəkinin bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Sitat.info xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar saat 10:00-dan işlər başa çatanadək Şəki şəhərinin, iki qəsəbənin və 30 kəndin qaz təchizatı dayandırılacaq.