Özbəkistanlı alim Dünya Elmlər Akademiyasının vitse-prezidenti seçilib

Özbəkistanlı alim Dünya Elmlər Akademiyasının vitse-prezidenti seçilib
TƏHSİL 27 Oktyabr 2026 10:17
Özbəkistan Elmlər Akademiyasının vitse-prezidenti, professor Şahlo Turdiqulova 2027-2028-ci illər üçün Dünya Elmlər Akademiyasının (TWAS) Mərkəzi və Cənubi Asiya üzrə vitse-prezidenti vəzifəsinə seçilib.

Sitat.info xəbər verir ki, bu barədə Özbəkistan mediası məlumat yayıb.

Qeyd edilib ki, bu təyinatla alim akademiyanın tarixi ərzində onun rəhbərliyində təmsil olunmaq hüququ qazanan Özbəkistan və Mərkəzi Asiya regionundan olan ilk nümayəndə kimi tarixə düşüb.