Türkiyədə TƏBİİ FƏLAKƏT-ÖLƏNLƏR VAR

Türkiyədə TƏBİİ FƏLAKƏT-ÖLƏNLƏR VAR
Dünya 27 Oktyabr 2026 10:29
Türkiyənin Antalya şəhərində baş verən qasırğa fəhlələr üçün nəzərdə tutulan müvəqqəti yaşayış kabinələrini dağıdıb, tikinti kranının aşmasına səbəb olub. Hadisə nəticəsində 4 nəfər ölüb, 1 nəfər yaralanıb.

Sitat.info  Tükiyə mediasına istinadən xəbər verir ki, hadisə Antalyanın Fevzi Çakmak rayonunda qeydə alınıb. Tikinti sahəsinin yaxınlığında yerləşən binalara ziyan dəyməyib.

Qeyd edək ki, Türkiyə Meteorologiya Xidməti daha əvvəl güclü yağışlarla əlaqədar sarı hava xəbərdarlığı yayıb.