“Biz ədaləti bərpa etdik”

“Biz ədaləti bərpa etdik”
SİYASƏT 27 Oktyabr 2026 10:43
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən danışıb.

Sitat.info xəbər verir ki, dövlət başçısı BMT-nin Nizamnaməsinə, özünümüdafiə hüququna əsaslanaraq illər boyu işğal altında qalmış ərazilərimizi azad etdiyimizi bildirərək deyib: “Biz beynəlxalq hüququ, ədaləti bərpa etdik. Biz öz gücümüz hesabına BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrin icrasını təmin etdik”.