Milli Məclis bu layihəni I oxunuşda qəbul etdi

Milli Məclis bu layihəni I oxunuşda qəbul etdi
Gündəm 27 Oktyabr 2026 12:30

Milli Məclis əcnəbilərə və vətəndaşlığı olmayan bəzi şəxslərə müvəqqəti yaşamaq üçün uzunmüddətli icazə verilməsini ilk oxunuşda qəbul edib.

Sitat.info xəbər verir ki, bununla bağlı Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, həmçinin iş icazəsinin alınmasının tələb olunmadığı hallara münasibətdə subyektlər dairəsinin genişləndirilməsi təklif olunur. Aqroparkın rezidentinin - hüquqi şəxs olduqda onun rəhbərinin və müavinlərinin, habelə həmin rezident tərəfindən Azərbaycan ərazisində əmək fəaliyyətinə cəlb edilən və müvafiq fəaliyyət sahəsində təcrübəyə malik aqronomların, bağçılıq üzrə mütəxəssislərin və baytar həkimlərin bu subyektlər dairəsinə daxil edilməsi təklif edilir.

İcazələr 2027-ci il yanvarın 1-dən 2032-ci il yanvarın 1-dək nəzərdə tutulacaq.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.