Bankomat və POS-terminalların sayı azaldı

Bankomat və POS-terminalların sayı azaldı
Gündəm 27 Oktyabr 2026 11:53

Banklar və “Azərpoçt” MMC üzrə ödəniş xidməti şəbəkələrində cari ilin avqust ayının sonu ilə müqayisədə bankomatların sayı 0,2 faiz, POS-terminalların sayı isə 4,6 faiz azalıb.

Sitat.info Mərkəzi Banka istinadla xəbər verir ki, sentyabrın 30-na fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3500 olub. Bank sektorunda çalışanların sayı 27 min 775 nəfər təşkil edib.