ABŞ-lı repçi Fələstinə dəstək turuna başladı – Gəlirini Qəzzaya bağışlayacaq
ABŞ-lı repçi Macklemore Fələstin xalqını müdafiə edən təşkilatlara gəlirini bağışlayacağı “Azad Fələstin” turnesinə İrlandiyada başlayıb.
Sitat.info xəbər verir ki, Dublində keçirilən konsertdə sənətçi Qəzzadakı hücumları tənqid edib və Fələstin xalqı ilə həmrəyliyini ifadə edib.
Qeyd edək ki, Macklemore Fələstinə dəstək açıqlamalarına görə Ed Şiranın ABŞ turnesinin proqramından çıxarılmışdı. O, daha əvvəl də Fələstinlə bağlı layihələrindən əldə etdiyi gəlirləri humanitar təşkilatlara bağışlayıb. Bu dəfəki qazancını da Fələstin xalqı üçün iadə edəcək.
Tehran,
Sitat.info