ABŞ və İran arasında razılaşma mümkündür -  Oman açıqladı

ABŞ və İran arasında razılaşma mümkündür -  Oman açıqladı
Dünya 27 Oktyabr 2026 13:37

Oman ABŞ və İran arasında münaqişənin həlli ilə bağlı razılaşmanın hələ də mümkün olduğunu hesab edir.

Sitat.info xəbər verir ki, bunu Oman xarici işlər naziri Bədr əl-Busaidi Böyük Britaniyanın Kembric Universitetində tələbələr qarşısında çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, əvvəlki danışıqlar uğurla irəliləyirdi və tərəflər razılaşmanın əldə olunmasına yaxın idilər. O qeyd edib ki, mümkün sazişin əsas elementləri hələ də mövcuddur.

Bununla belə, əl-Busaidi danışıqların bərpası yolunun həm ABŞ, həm də İran üçün çətin olduğunu vurğulayıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı müharibəyə başlayıb. Sonrakı dövrdə tərəflər arasında hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşma əldə olunsa da, iyulun 8-də ABŞ İrana qarşı genişmiqyaslı zərbələri bərpa edib. Daha sonra Vaşinqton hərbi təzyiqi azaltmaqla yanaşı, İrana qarşı sanksiyalar vasitəsilə iqtisadi təzyiqi gücləndirməyə yönəlib.

Tehran,

Sitat.info