Tokayev Türkiyəyə rəsmi səfər edəcək

Tokayev Türkiyəyə rəsmi səfər edəcək
Dünya 27 Oktyabr 2026 18:21
Oktyabrın 28–30-da Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə rəsmi səfər edəcək.

Sitat.info "Akorda"ya istinadən xəbər verir ki, səfər çərçivəsində Ankarada dövlət başçılarının genişləndirilmiş strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə yönəlmiş danışıqları olacaq.

Qazaxıstan Prezidenti, həmçinin Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə görüşündə iştirak edəcək.