Həsrət Cəfərov dünya çempionatında medalsız qaldı
Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Qazaxıstanın Astana şəhərində keçirilən dünya çempionatında medal qazana bilməyib.
Sitat.info xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan idmançı bürünc medal uğrunda görüşdə Qazaxıstan təmsilçisi Bağdat Sabazla qarşılaşıb.
Gərgin keçən görüşdə rəqibinə 5:7 hesabı ilə məğlub olan Həsrət Cəfərov dünya çempionatını beşinci pillədə başa vurub.
Qeyd edək ki, dünya çempionatı noyabrın 1-dək davam edəcək. Azərbaycan yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) isə gümüş medal qazanıb.