İspaniyada faciə: 39 nəfər həlak oldu

İspaniyada faciə: 39 nəfər həlak oldu
Dünya 28 Oktyabr 2026 13:30
İspaniyada iki sürətli qatarın toqquşması nəticəsində azı 39 nəfər ölüb.

Sitat.info xəbər verir ki, qatarlar Madridlə Əndəlüs arasında yerli vaxtla saat 09:10-da toqquşub.

“El Español” nəşrinin xəbərinə görə, Kastiliya-La Mança bölgəsinin fövqəladə xidmətləri 39 nəfərin öldüyünü, onlarla insanın yaralandığını bildirib. Ölənlərin sayının artacağı istisna edilmir.

Məlumatlara əsasən, qatarların iki vaqonu relsdən çıxaraq yamacdan aşağı yuvarlanıb.

Qatarların biri dövlətə məxsus “Renfe” şirkəti, digəri isə İtaliyanın “Iryo” şirkəti tərəfindən istismar olunurdu.

Hadisə Əndəlüs bölgəsində, Adamus yaxınlığında iki sürətli qatarın relsdən çıxması nəticəsində 46 nəfərin həlak olduğu qəzadan doqquz aydan da az müddət sonra baş verib. Yanvar ayında baş verən qəza İspaniyanın sürətli dəmir yolu şəbəkəsində ilk böyük qatar toqquşması olub.