Ermənistan-İran sərhəd nişanlarının ölçülməsi üçün işçi qrupu yaradılacaq

Ermənistan-İran sərhəd nişanlarının ölçülməsi üçün işçi qrupu yaradılacaq
Dünya 28 Oktyabr 2026 13:53
Ermənistan Baş naziri Nikol Paşinyanın qərarına əsasən, dövlət sərhədinin İran tərəfində sərhəd nişanlarının ölçülməsi işlərini həyata keçirəcək və bu məsələ ilə bağlı Tehranla danışıqlar aparacaq qurumlararası işçi qrupu yaradılacaq.

Sitat.info xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

“Ermənistan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədinin İran tərəfində sərhəd nişanlarının ölçülməsi və bu məsələ ilə bağlı İran İslam Respublikası ilə danışıqların aparılması məqsədilə qurumlararası işçi qrupu yaradılsın. Qurumlararası işçi qrupunun tərkibi təsdiq edilsin”, - qərarda deyilir.