Tramp onu paraşütlə Kubaya göndərmək istəyir

Tramp onu paraşütlə Kubaya göndərmək istəyir
Dünya 28 Oktyabr 2026 14:10
ABŞ Prezidenti Donald Tramp ölkənin dövlət katibi Marko Rubionu paraşütlə Kubaya göndərmək istəyir.

Sitat.info “Fox News”a istinadən xəbər verir ki, Tramp bu barədə Texas ştatında zarafatla bildirib.

“Ola bilsin, İranla məsələni bitirdikdən sonra, geri qayıdarkən Markonu Kubaya endirərik. Onu oraya paraşütlə göndərərik. Biz onu düz Kubanın mərkəzinə endirərik, o isə məsələni 15 dəqiqəyə həll edər”, - deyə ABŞ lideri ölkələr arasında münasibətlərə toxunaraq bildirib.

Qeyd edək ki, bu ilin əvvəlindən ABŞ rəhbərliyi mütəmadi olaraq Kubaya qarşı məhdudiyyətlər tətbiq edib. D.Tramp İranla münaqişə başa çatdıqdan sonra Kubada siyasi sistemdə dəyişikliyə nail olmaq niyyətindədir.