Aysel Aslanqızı yeni vəzifəyə təyin olundu - FOTO
Jurnalist Aysel Aslanqızı yeni vəzifəyə təyin olunub.
Sitat.info xəbər verir ki, bu barədə özü sosial media hesabında paylaşım edib.
Onun sosial şəbəkə hesabında paylaşdığı məlumata görə, Qoşulmama Hərəkatına üzv dövlətlərin gənclərini bir araya gətirən beynəlxalq təşkilat olan NAMMO-da media və kommunikasiya məsələləri üzrə məsul şəxs kimi fəaliyyət göstərəcək.Qeyd edək ki, jurnalist Aysel Məmmədova Qoşulmama Hərəkatı Gənclər Təşkilatında (NAMYO) media və kommunikasiya məsələləri üzrə məsul şəxs kimi fəaliyyət göstərəcək.
Aysel Məmmədova 2018-ci ildən etibarən media sahəsində çalışıb. Peşəkar fəaliyyəti dövründə “Səs” qəzeti, “Səs” İnformasiya Agentliyi, Report İnformasiya Agentliyində və Baku TV-də müxtəlif vəzifələrdə çalışıb. O, siyasi müxbir, parlament müxbiri və xüsusi müxbir kimi fəaliyyət göstərməklə yanaşı, müəllif və aparıcı kimi də layihələr hazırlayıb.