"Qarabağ" "Dinamo Zaqreb"ə məğlub oldu

\"Qarabağ\" \"Dinamo Zaqreb\"ə məğlub oldu
İdman 28 Oktyabr 2026 19:25

"Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında məğlubiyyətlə üzləşib.

Sitat.info xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv Xorvatiyanın "Dinamo Zaqreb" klubunun müvafiq yaş qrupundan ibarət komandasına uduzub.

"Azersun Arena"da keçirilən görüş rəqib komandanın 1:2 hesablı qələbəsi ilə başa çatıb. "Qarabağ"ın futbolçusu Viktor Ani Çidioke 45-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.

Qeyd edək ki, komandalar arasında cavab oyunu noyabrın 4-də Zaqrebdə keçiriləcək. Bu cütün qalibi növbəti mərhələdə "Benfika" (Portuqaliya) - "Pafos" (Kipr) cütünün qalibi ilə qarşılaşacaq.