Qırğızıstan Prezidenti TDT-nin sammiti ilə əlaqədar Türkiyəyə səfər edəcək

Qırğızıstan Prezidenti TDT-nin sammiti ilə əlaqədar Türkiyəyə səfər edəcək
Dünya 28 Oktyabr 2026 16:16

Qırğızıstan Prezidenti Sadır Japarov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə oktyabrın 29-30-da Ankaraya işgüzar səfər edəcək.

Sitat.info xəbər verir ki, o, səfər çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının 13-cü sammitində iştirak edəcək.

Sammitdə regional və beynəlxalq gündəlikdə duran aktual məsələlər müzakirə olunacaq.

Sammitin yekununda Türk Dövlətləri Təşkilatının dövlət başçılarının Ankara Bəyannaməsinin və iştirakçı dövlətlər arasında əməkdaşlığın daha da gücləndirilməsinə yönəlmiş digər sənədlərin imzalanması planlaşdırılır.