Ermənistan parlamentinin deputatlarının Rusiyaya girişi qadağan edildi

Ermənistan parlamentinin deputatlarının Rusiyaya girişi qadağan edildi
Dünya 28 Oktyabr 2026 19:00

“Ermənistan parlamentinin bəzi deputatlarının Rusiyaya girişinin qadağan edilməsi məlum deyil”.

Sitat.info xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı və parlament sədrinin müavini Vaaqn Aleksanyan jurnalistlərə deyib.

“Ən azı, nə baş verdiyini anlamaq üçün əlavə və ətraflı müzakirəyə ehtiyac var”, - o əlavə edib.

Aleksanyan rusiyalı həmkarı ilə danışmağa vaxtının olmadığını da bildirib: “Əlbəttə, nə vaxtsa görüşəcəyik”.