Ərdoğanın təyyarəsindən Azərbaycan liderinə xüsusi mesaj 

@sitat.info

Ərdoğanın təyyarəsindən Azərbaycan liderinə xüsusi mesaj

♬ orijinal ses - Sitat.info xəbər portalı
Gündəm 04 Noyabr 2026 23:18

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreyadan səfərdən qayıdarkən təyyarəsi Azərbaycanın hava məkanına daxil olduqdan sonra laynerin pilotu dispetçerlə əlaqə saxlayıb.

 O, dövlət başçısı İlham Əliyevə və Azərbaycan xalqına Prezident Rəcəb Tayyib Ərdoğanın ən səmimi arzuları ilə bağlı mesajını çatdırıb.

Mesajda deyilir:

“Səfərdən qayıdarkən qardaş Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq, Zati-alinizə cansağlığı və xoşbəxtlik kimi ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Rəcəb Tayyib Ərdoğan

Türkiyə Respublikasının Prezidenti”.