Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu
HADİSƏ 04 Noyabr 2026 15:41

Bakı Humanitar Kollecində tələbə bıçaqlanıb.

Sitat.info "Bakupost"a istinadən xəbər verir ki, hadisə kollecin "Gənclik korpusu"nun həyətində qeydə alınıb.

Belə ki, iki tələbə arasında yaranan mübahisə zamanı onlardan biri digərinə 6 bıçaq zərbəsi endirib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı şəxs müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.