Tələbələrə şad xəbər
Sitat.info xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsində əksini tapıb.
Bildirilib ki, artımlar nəzərə alınmaqla növbəti ilin dövlət büdcəsinin layihəsində dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi və təhsil sahəsində digər tədbirlər üçün 613 milyon manat vəsait proqnozlaşdırılır.
Həmin vəsaitin 422 milyon manatını təhsil xərcləri (cari illə müqayisədə 10 milyon manat və ya 2.4 faiz çox), 184 milyon manatını təqaüd xərcləri (cari illə müqayisədə 7 milyon manat və ya 4 faiz çox), 7 milyon manatını isə təhsil sahəsində digər tədbirlər üzrə xərclər təşkil edəcək.
Cari ilə nisbətən növbəti ildə artımın səbəbləri təhsilalanların və təqaüd alanların sayının artımı ilə bağlıdır.