Azərbaycanda bu körpü tam bağlanır

Azərbaycanda bu körpü tam bağlanır
HADİSƏ 03 Noyabr 2026 18:20

Qobustan körpüsündə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.

Sitat.info xəbər verir ki, noyabrın 4-ü saat 13:00-dan etibarən Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan rayonu ərazisində yerləşən körpünün Bakı istiqamətindəki köməkçi hissəsinin sökülərək yenidən inşasına başlanılacaq.

Bununla əlaqədar körpünün sözügedən hissəsində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.