Ağır zədələnən ispaniyalı futbolçu öldü
İspaniyanın “Tenerife” klubunun futbolçusu Xesus de Migel 30 yaşında vəfat edib.
Sitat.info xəbər verir ki, futbolçu “Andorra” ilə keçirilən qarşılaşmada rəqib komandanın qapıçısı Xesus Ovono ilə toqquşub.
Toqquşma zamanı qapıçının dizi de Migelin sinəsinə dəyib. Nəticədə hücumçu huşunu itirib və ürəyi dayanıb.