Hindistan dəniz quldurlarının ələ keçirdiyi İran gəmisini azad etdi

Hindistan dəniz quldurlarının ələ keçirdiyi İran gəmisini azad etdi
Dünya 03 Noyabr 2026 12:14

Bu gün Hindistan Hərbi Dəniz Qüvvələri dəniz quldurları tərəfindən ələ keçirilən İranın “Azini” adlı balıqçı gəmisini azad etmək üçün 48 saat davam edən əməliyyatı uğurla başa çatdırıb.

Sitat.info xəbər verir ki, əməliyyat zamanı hadisə yerinə hərbi gəmi və dəniz kəşfiyyat təyyarəsi göndərilib. Hindistan qüvvələri gəmini fasiləsiz nəzarətdə saxlayaraq xüsusi qeyri-kinetik tədbirlər vasitəsilə onun hərəkətini məhdudlaşdırıb. Daha sonra əməliyyata Hindistan Hərbi Hava Qüvvələrinə məxsus C-17 nəqliyyat təyyarəsi ilə çatdırılan əlavə heyət də cəlb olunub. Hərbçilər dəniz quldurlarını zərərsizləşdirərək gəmidəki 20 iranlı ekipaj üzvünün hamısını xilas ediblər.

Aytac,

Sitat.info