Mərkəzi Bank məcburi göstərişlər verib
Azərbaycan Mərkəzi Bankı “Mobile Payment Solutions” MMC-də keçirdiyi yerində yoxlama zamanı bir sıra qanunvericilik və normativ aktların tələblərinin pozulması hallarını aşkarlayıb.
Sitat.info bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün şirkətə icrası məcburi olan göstərişlər verilib.
Təshih tədbirləri “Mərkəzi Bank haqqında” Qanunun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 63.1-ci maddələrinə əsasən tətbiq olunub.
Qeyd edək ki, “Mobile Payment Solutions” “Portmanat” brendi altında fəaliyyət göstərir və 2024-cü ilin iyulunda elektron pul təşkilatı lisenziyası alıb.