Sürücülərin nəzərinə!

Sürücülərin nəzərinə!
SOSİAL 03 Noyabr 2026 08:45
Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.

Sitat.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hal-hazırda yollardakı vəziyyət:

    1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

    2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

    3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

    4. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    5. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

    6. Heydər Əliyev prospekti, köməkçi yol, "Koroğlu" m/st istiqamətində;

    7. Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;

    8. Babək prospekti, mərkəz istiqamətində;

    9. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

    10. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.