Yasamalda çörək emalı müəssisəsi bağlandı - FOTO

Yasamalda çörək emalı müəssisəsi bağlandı - FOTO
HADİSƏ 02 Noyabr 2026 16:00

Paytaxtın Yasamal rayonu, 7-ci sallaqxana küçəsi 7A ünvanında fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb.

Sitat.info xəbər verir ki, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Agentliyinin əməkdaşları sözügedən ünvanda fiziki şəxs Cəfər Zabit oğlu Cavadlıya məxsus çörək emalı müəssisəsində plandankənar yoxlama keçirilib.

Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulması faktları müəyyən edilib.

Belə ki, müəssisənin antisanitar şəraitdə, qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi, texnoloji ardıcıllıq prinsiplərinə əməl olunmadığı, istehlak üçün nəzərdə tutulan çörəklərin polimer qablaşdırmalarda antisanitar vəziyyətdə saxlanıldığı müəyyən edilib.

Nöqsanlarla bağlı inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti dayandırılıb.