Tbilisidə güclü yanğın - Video

Tbilisidə güclü yanğın - Video
Dünya 02 Noyabr 2026 18:02

Tbilisinin mərkəzindəki Vağzal meydanı rayonunda güclü yanğın baş verib.

Sitat.info yerli “Pirveli” telekanalına istinadən xəbər verir ki, yanğın mağazaların yerləşdiyi piyada körpüsünün ərazisində başlayıb. 

Hadisə yerinə yanğınsöndürən briqadaları cəlb edilib. Yanğın paytaxtın ən işlək nəqliyyat qovşaqlarından birində nəqliyyatın və piyadaların hərəkətində çətinliklərə səbəb olub.

Zərərçəkənlər və yanğının səbəbləri barədə hələ məlumat verilmir.