Dəhşətli təyyarə qəzası, hamı öldü- Anbaan görüntülər

Dünya 02 Noyabr 2026 09:50
ABŞ-nin Florida ştatında “Learjet 60” özəl biznes təyyarəsi qəzaya uğrayıb.

Sitat.info “Associated Press”ə istinadən xəbər verir ki, Qrineykers şəhəri ərazisində yerə çırpılan təyyarənin göyərtəsində olan 9 nəfərin hamısı həlak olub. 

Texasda yerləşən Ostin-Berqstrom beynəlxalq hava limanından havaya qalxan təyyarənin Baham adalarına uçduğu bildirilir. Məlumata görə, təyyarə yerə çırpıldıqdan sonra güclü yanğın baş verib. 

Hadisənin hansı şəraitdə baş verdiyi və səbəbi araşdırılır.