Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır: Yoxlamalar başladı

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır: Yoxlamalar başladı
HADİSƏ 31 Oktyabr 2026 18:47

Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) üzvlüyündən çıxarılması ilə bağlı qərarlardan sonra onun adına nəşr edilmiş əsərlərin elmi məzmunu, müəllifliyi və tədrisdə istifadəsi də araşdırma mövzusuna çevriləcək.

Sitat.info modern.az-a istinadən xəbər verir ki, Mehdiyevin əsərlərinin elmi ekspertizadan keçirilməsi və tədris materialı kimi istifadəsinə yenidən baxılması nəzərdə tutulur. Araşdırma çərçivəsində onun adına çap olunan elmi işlərin başqa şəxslər tərəfindən hazırlanması ilə bağlı iddiaların, əsərlərin yazılma prosesinin və həmin nəşrlərə edilən elmi istinadların da yoxlanılması gözlənilir.

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır: Yoxlamalar başladı

Kitabların müəllifliyi necə müəyyənləşdirilə bilər?

Araşdırmanın mühüm istiqamətlərindən biri Mehdiyevin adına nəşr edilmiş kitab və məqalələrin hazırlanmasında digər şəxslərin mümkün iştirakının müəyyənləşdirilməsidir.

Bu zaman müəllifliklə elmi redaktorluq, tərcüməçilik, məsləhətçilik və texniki hazırlıq arasındakı fərqlər aydınlaşdırılacaq.

Bu baxımdan ilkin əlyazmaların, mətnlərin müxtəlif variantlarının, nəşriyyat sənədlərinin və redaktə materiallarının mövcudluğu əhəmiyyət daşıya bilər. Əsərlərin hazırlanmasında iştirak etmiş şəxslərin izahatları da müəlliflik məsələsinin aydınlaşdırılmasına kömək edə bilər.

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır: Yoxlamalar başladı

Elmi istinadlar da diqqət mərkəzində olacaq

Məlumata görə, Mehdiyevin əsərlərinə edilmiş istinadların araşdırılması da nəzərdə tutulur. Bu istiqamətdə əsas məsələ istinadların sayını müəyyənləşdirmək deyil, onların elmi mətnlərdə hansı məqsədlə və nə dərəcədə əsaslı şəkildə istifadə olunduğunu qiymətləndirməkdir.

Araşdırma zamanı dissertasiyalarda, monoqrafiyalarda, dərsliklərdə və elmi məqalələrdə Mehdiyevin əsərlərinə edilən istinadların məzmunu nəzərdən keçiriləcək. Həmin istinadların tədqiqatların elmi əsaslandırılmasına töhfə verib-vermədiyi, yoxsa yalnız formal xarakter daşıdığı ayrıca qiymətləndiriləcək.

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır: Yoxlamalar başladı

Ramiz Mehdiyevin kitablarının hansı universitetlərdə proqrama salındığı yoxlanılacaq

Mehdiyevin adına nəşr edilmiş əsərlərin tədris materialı kimi istifadəsinə yenidən baxılması və tələbələrə təqdim olunan ədəbiyyatın keyfiyyətinin yoxlanılması da nəzərdə tutulur.

Bu mərhələdə hansı kitabların universitetlərin fənn proqramlarında, sillabuslarında və tövsiyə olunan ədəbiyyat siyahılarında yer aldığının müəyyənləşdirilməsi gözlənilir.

Bundan başqa, Ramiz Mehdiyevin kitablarının bütün kitabxanaların fondlarından çıxarılması da nəzərdə tutulan addımlar sırasındadır. Bu tədbirin onun əsərlərinin elmi ekspertizadan keçirilməsi və tədrisdə istifadəsinə yenidən baxılması ilə yanaşı həyata keçirilməsi gözlənilir.

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır: Yoxlamalar başladı

Xatırladaq ki, Ramiz Mehdiyevə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, dövlətə xəyanət, habelə hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər maddələri ilə ittiham irəli sürülüb.