“Baku Bus” qəza törətdi
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Sitat.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərin F. X. Xoyski ilə Rüzügar Qasımov küçələrinin kəsişməsində qeydə alınıb.
Belə ki, 19 saylı marşrut üzrə hərəkət edən “Baku Bus”a məxsus avtobus “KİA” markalı maşınla toqquşub.
Sərnişin avtobusu daha sonra ağaca çırpılıb.
Qəza zamanı xəsarət alan olmasa da, hər iki nəqliyyata ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma başlanılıb.