Türkiyə ordusunun əsgəri həlak oldu

Türkiyə ordusunun əsgəri həlak oldu
Dünya 31 Oktyabr 2026 09:30
Türkiyənin Hakkari vilayətinin Yüksəkova rayonunda sərhəd pozuntusuna müdaxilə zamanı açılan atəş nəticəsində yaralanan müqaviləli əsgər Yusuf Sait Ünlü həyatını itirib.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Yaralı halda xəstəxanaya aparılan əsgərin həyatını xilas etmək mümkün olmayıb.