Cəlilabadda zəncirvari qəza - Xəsarət alanlar var

Cəlilabadda zəncirvari qəza - Xəsarət alanlar var
HADİSƏ 30 Oktyabr 2026 20:10

Cəlilabad rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

Sitat.info xəbər verir ki, hadisə rayonun Mollalı kəndi ərazisində qeydə alınıb.

Belə iki “VAZ” markalı üç minik avtomobili toqquşub.

İlkin məlumata görə, qəzada xəsarət alan iki nəfər rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır./qafqazinfo