Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi
HADİSƏ 30 Oktyabr 2026 16:25

Ağstafada şəhid anası vəfat edib.

Sitat.info xəbər verir ki, Ağstafa rayon Saloğlu qəsəbəsində şəhid Raqif İsayevin anası, Şahzadə İsayeva dünyasını dəyişib.

Qeyd edək ki, şəhid R.İsayev Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olub. O, 2 il öncə Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olub. Ona şəhid statusu verilib və ölkə başçısının imzaladığı Sərəncamla ölümündən sonra "Minatəmizləmə sahəsində xidmətlərinə görə" medalı ilə təltif olunub (oxu.az).