Bərdədə ailə faciəsi...
Sitat.info xəbər verir ki, hadisə rayonun kəndlərinin birində baş verib.
Natiq sərxoş vəziyyətdə olan həmkəndlisi Elşənlə (ad-soyadlar şərti verilib – red.) küçədə münahisə edib. Mübahisənin yaranmasına səbəb söyüş olsa da, onların arasında ədavət Elşənin əvvəllər Natiqin qardaşı arvadına zəng vurması, yaxınlıq təklif etməsi səbəbindən yaranıb.
Mübahisə zamanı Natiq Elşənin sağ əlinin baş barmağını dişləyib. Əsəblərinə hakim ola bilməyən Elşən üzərində olan bıçaqla Natiqə zərbə endirib.
İstintaq orqanı tərəfindən Elşənin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Elşən istintaqa ifadəsində bildirib ki, hadisə axşam saatlarında mağazadan evə qayıdarkən baş verib: "Yolda Natiqi sərxoş vəziyyətdə gördüm. O mənə söyüş söydü. Yaxınlaşıb nə üçün nalayiq ifadələr işlətdiyini soruşdum. Əlimi onun üzünə toxundurdum, baş barmağımı dişlədi.
Natiq əlimi dişləyib buraxmadığı və mənə qarşı aqressiv davrandığı üçün bıçaqla ona vurdum. Natiqlə aramızda əvvəllər də narazılıq olub".
Zərərçəkmiş Natiq ifadəsində bildirib ki, hadisə günü bacısı oğlunun hərbi xidmətdən qayıtması münasibətilə keçirilən məclisdə spirtli içki içib: "Mağazadan tum və qazlı içki almağa gedərkən Elşənlə qarşılaşdım. Onu acıqlandırdım, məni bıçaqla vurdu".
Zərərçəkmiş əlavə edib ki, Elşənin qardaşının həyat yoldaşı Ləmana 70 manat dəyərində telefon alıb verib, amma onunla heç bir şəxsi münasibəti olmayıb.
Natiq Elşənlə barışdığını, ondan şikayət və tələbinin olmadığını bildirib, məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza verilməsini istəyib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşən 3 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin 70.1-ci maddəsi tətbiq edilməklə təyin edilimiş cəza 1 il 6 ay sınaq müddəti ilə şərti hesab edilib.