Ceyranbatanda 8 şagird qidadan zəhərlənməyib - RƏSMİ - YENİLƏNİB

Ceyranbatanda 8 şagird qidadan zəhərlənməyib - RƏSMİ - YENİLƏNİB
HADİSƏ 29 Oktyabr 2026 19:53

Abşeron rayonu, Ceyranbatan qəsəbə məktəbində baş vermiş hadisə ilə bağlı tibb müəssisəsindən əldə edilən məlumata əsasən qida zəhərlənməsi faktı öz təsdiqini tapmayıb.

Bu barədə Sitat.info-ya Azərbaycan Qida TƏhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

***

Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbin 10 şagirdi zəhərlənib.

Sitat.info xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, şagirdlərin "popkorn"dan zəhərləndiyi ehtimal olunur.

Hazırda məktəb ərazisinə təcili yardım briqadası cəlb edilib.