6 tondan çox narkotik qanunsuz dövriyyədən çıxarılıb

6 tondan çox narkotik qanunsuz dövriyyədən çıxarılıb
HADİSƏ 29 Oktyabr 2026 16:16

Azərbaycanda 2026-cı ilin 9 ayı ərzində qanunsuz dövriyyədən 6 ton 443 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb.

Sitat.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində 2026-cı ilin 9 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında bildirilib.

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 ton 780 kiloqram çoxdur.