Büdcəyə köçürmələr 1,2 milyard manat azalıb
Sitat.info bu barədə Azərbaycan Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmalarının 25,5 faizi və ya 3 milyard 302,5 milyon manatı vergi orqanlarının xətti ilə daxilolmaların payına düşüb.
Daxilolmaların 74,5 faizini və ya 9 milyard 628 milyon manatını Azərbaycan Respublikası Dövlət Neft Fondundan (SOFAZ) dövlət büdcəsinə transfert təşkil edib.
Məlumata görə, SOFAZ-dan dövlət büdcəsinə transfertin həcmi 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyard 232,7 milyon manat və ya 11,4 faiz azalıb.
Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə daxil olmuş neft-qaz gəlirlərinin 39,4 faizi və ya 1 milyard 301,6 milyon manatı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) ödədiyi müvafiq vergilərin payına düşüb.
Bundan əlavə, daxilolmaların 46,6 faizi və ya 1 milyard 539,8 milyon manatı “Şahdəniz” qaz-kondensat layihəsi çərçivəsində mənfəət vergisinin, 14 faizi və ya 461,1 milyon manatı isə “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində mənfəət vergisinin payına düşüb.