Rusiya ilə sərhəddə bunkerlər yaradacaqlar
Estoniya Baltik müdafiə kəmərinin infrastrukturunun inkişafı çərçivəsində Rusiya ilə sərhəddə 150-dək bunker inşa etmək niyyətindədir.
Sitat.info xəbər verir ki, bu barədə Estoniyanın ERR teleradio portalı ölkənin müdafiə naziri Martin Heremə istinadən məlumat yayıb.
“Bunkerlərin təxminən 100-ü dövlət, təxminən 50-si isə bələdiyyə və ya şəxsi torpaqlarda yerləşəcək”, - nazir bildirib.
Nazir həmçinin Müdafiə Nazirliyinin təsdiqlədiyi gənclər siyasəti çərçivəsində növbəti 4 il ərzində hərbi-vətənpərvərlik təşkilatlarının fəaliyyətinin maliyyələşdirilməsi və dronların idarə edilməsi üzrə təlimlərin artırılacağını söyləyib.