Bu il həbsxanalarda doğulan uşaqların sayı açıqlandı 

Bu il həbsxanalarda doğulan uşaqların sayı açıqlandı 
SOSİAL 29 Oktyabr 2026 10:37
Son 6 ildə həbsxanalarda 21 uşaq dünyaya gəlib.

Sitat.info xəbər verir ki, 4 saylı cəzaçəkmə müəssisəsində 3 uşaq dünyaya gəlib.

Bu göstərici digər illərlə müqayisədə azdır. Son 5 ildə ən yüksək göstərici isə 2024-cü ildə qeydə alınıb.

Son beş ildə cəzaçəkmə müəssisəsində qeydə alınan doğumlar:

2021-ci il - 1 uşaq;

2022-ci il - 1 uşaq;

2023-cü ildə - 3 uşaq;

2024-cü ildə - 8 uşaq;

2025-ci ildə - 5 uşaq;

2026-cı ildə - 3 uşaq./modern.az