Azərbaycanda ÜDM 2,4 faiz artacaq

Azərbaycanda ÜDM 2,4 faiz artacaq
İQTİSADİYYAT 29 Oktyabr 2026 11:50
Mərkəzi Bank bu il ümumi daxili məhsulun (ÜDM) 1,3 faiz, gələn il isə 2,4 faiz artacağını proqnozlaşdırır.

Sitat.info xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə qəbul edilmiş qərarın açıqlanmasına həsr olunan mətbuat konfransında deyib.

O qeyd edib ki, qeyri-neft-qaz sektoru üzrə artımın bu il 2,8 faiz, 2027-ci ildə isə 4,3 faiz olacağı gözlənilir.