Kəlbəcərdə qəzaya düşən keçmiş zabit öldü

Kəlbəcərdə qəzaya düşən keçmiş zabit öldü
HADİSƏ 29 Oktyabr 2026 15:18

Kəlbəcərdə ağır yol qəzası baş verib.

Sitat.info xəbər verir ki, hadisə Kəlbəcər şəhərində qeydə alınıb.

Kəlbəcər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin hüquq məsləhətçisi Bilal Nuriyevin idarə etdiyi “Kia Sorento” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə, o aldığı xəsarətlərdən həyatını itirib.

Qeyd edək ki, B.Nuriyev əvvəllər zabit kimi hüquq-mühafizə orqanlarında çalışıb.