Hörmüz boğazında üç tanker minaya düşdü
Sitat.info xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Bildirilib ki, tankerlər radar və naviqasiya sistemlərini söndürüblər, xəbərdarlıqlara məhəl qoymayaraq boğazdan qadağan olunmuş marşrutla çıxmağa çalışıblar. Nəticədə gəmilər minalara düşərək partlayıb və boğazın cənub sahillərində tərk edilib.
SEPAH-ın Hərbi Dəniz Qüvvələri həmin marşrutun təhlükəli olduğunu bildirib və bu yolla hərəkətə görə məsuliyyətin gəmi sahibləri və heyət üzvlərinin üzərinə düşdüyünü qeyd edib.
Qurum, həmçinin ABŞ ordusunun dəstəyi ilə Hörmüz boğazından keçid qaydalarının pozulmasına yönələn hər hansı təxribatçı hərəkətin qətiyyətlə qarşısının alınacağını bəyan edib.