Ərdoğan Özbəkistan Prezidenti ilə görüşdü

Ərdoğan Özbəkistan Prezidenti ilə görüşdü
Dünya 29 Oktyabr 2026 17:25

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb. 

Sitat.info Unikal-a istinadən xəbər verir ki,  Ərdoğan Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Toplantısında iştirak etmək üçün Ankaraya gələn Mirziyoyevi Prezident Kompleksinin girişində qarşılayıb.

Ərdoğan və Mirziyoyev Türkiyə və Özbəkistan bayraqları qarşısında şəkil çəkdiriblər və əl sıxıblar. Daha sonra Ərdoğan və Mirziyoyev arasında görüş keçirilib. 

Görüşdən sonra liderlər iki ölkə arasında müqavilələrin imzalanması mərasimində iştirak edəcəklər.