Əsədovla Kobaxidze təkbətək görüşdü - Foto
Oktyabrın 30-da Gürcüstanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində Azərbaycanın Baş naziri Əli Əsədov və Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında təkbətək görüş olub.
Bu barədə Sitat.info-ya Nazirlər Kabinetindən (NK) məlumat verilib.
Bildirilib ki, hökumət başçıları Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığın müxtəlif aspektlərini, ikitərəfli gündəlikdə duran aktual məsələləri və ikitərəfli əməkdaşlığın gələcək inkişaf istiqamətlərini müzakirə ediblər