Fərid Əhmədov ƏMR İMZALADI

Fərid Əhmədov ƏMR İMZALADI
SİYASƏT 30 Oktyabr 2026 11:00
Ədliyyə Nazirliyində yüksək vəzifəli şəxsə vaxtından əvvəl xüsusi rütbə verilib.

Ədliyyə naziri Fərid Əhmədov bununla bağlı müvafiq əmr imzalayıb.

Sitat.info  xəbər verir ki, əmrə əsasən, Əliyyə Nazirliyinin Notariat, qeydiyyat və reystr baş idarəsinin rəisi Elşad Eldar oğlu Məmmədliyə vaxtından əvvəl ədliyyə müşaviri xüsusi rütbəsi verilib.Sənəddə qeyd olunur ki, bu yüksək rütbə Elşad Məmmədliyə xidməti vəzifələrini nümunəvi icra etdiyinə və baş idarənin fəaliyyət istiqamətinin təkmilləşdirilməsi və inkişaf etdirilməsi sahəsində əldə etdiyi nailiyyətlərə görə mükafatlandırma qaydasında verilib.

Eyni zamanda, nazirliyin Maliyyə və təminat idarəsinə əmrin 1-ci bəndinə əsasən müvafiq əlavənin ödənilməsi, İnsan resursları idarəsinə isə məlumatlandırma işlərinin həyata keçirilməsi tapşirılıb.

///Nocomment.az