Keçmiş prezidentin edam olunması tələb edilir

Keçmiş prezidentin edam olunması tələb edilir
Dünya 29 Oktyabr 2026 18:34

Cənubi Koreyanın keçmiş prezidenti Yun Suk-yeolun edamı tələb edilib. 

Sitat.info xəbər verir ki, prokurorlar apelyasiya dinləməsi zamanı 2024-cü ildə uğursuz hərbi vəziyyət cəhdinə görə ömürlük həbs cəzasına məhkum edilmiş Yun Suk-yeol üçün ölüm cəzası istəyiblər.

Qeyd edək ki, Cənubi Koreyada ölüm cəzası qanuni olaraq qüvvədə olsa da, 1997-ci ildən bəri heç bir edam icra edilməyib.